Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xocalı Faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. Metbuat.az xəbər verir ki, tədbir faciə qurbanlarının xatirələrinin 1 dəqiqəlik sükutla anılmasından sonra başlayıb.

Daha sonra ilk söz Şeyx Əbdülə verildi : " Xocalı faciəsi taleyüklü bir məsələdir. Dəfələrlə buna bənzər tədbirlər keçirilib və faciə haqda dünyaya çatdırılıb. Lakin bizlərin vəzifəmiz daha ucadır.Övladlarımıza bu günlə bağlı hadisələri incəliklə başa salıb, onların vətənpərvərlik hissini artırmalıyıq. Cənab prezidentimizə xüsusi təşəkkür düşür. Çünki bu gün dünyada o erməni xalqı haqda nəsə demək də elə ucuza başa gəlmir. Çünki onların arxasında böyük qüvvələr var. Kiçik bir respublikanın rəhbəri bu haqda beynəlxalq tədbirlərdə danışırsa, demək ona həqiqətən alqış düşür"

Elza Seyidcahan : "Bu gün həmkarla birlikdə bura toplaşmağımızda məqsəd Xocalı şəhidlərinin ruhunu yad etməkdir. Bu tədbirdə Fikrət Əmirovun, Qara Qarayevin, Siyavuş Kəriminin və başqa peşəkar sənətkarların əsərləri səsləndi. Xocalının canlı şahidlərinin gördüklərindən ibarət videoçarx hazırlamışıq, onu nümayiş etdirdik. Bu gün Xocalıda törədiləb vəhşiliyin xalqa dünyaya çatdırılması hər bir vətəndaşın borcudur. Çünki belə bir vəhşiliyi dünya birliyi lazımı səviyyədə qiymətləndirmir və bu faciədə əli olan hər kəs cəzalandırılmalıdır" Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Pantomim Teatrının aktyorları, Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı iştirak edirdi.

Rəvan Nasiroğlu
Adil Soltanov / Metbuat.az













Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR