18 min dolları gömrükdən keçirə bilmədi

18 min dolları gömrükdən keçirə bilmədi
16:08 25 Fevral 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək istəyən Rusiya vətəndaşının üst geyimi rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Nəticədə, vətəndaş gömrük nəzarətindən keçən zaman şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan etmədiyi 178 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 17.800 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim etməli olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR