Xocalı soyqırımının ildönümü ilə əlaqədar Küveytdə silsilə tədbirlər keçirilib

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Küveytdə silsilə tədbirlər keçirilib
16:22 25 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın Küveytdəki səfirliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib.
Səfirlikdən "Report"a verilən məlumata görə, səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanan “Xocalı soyqırımı” kitabı təkrar nəşr olunub.
Eyni zamanda, ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımı əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində DVD variantının çoxaldılaraq Küveyt Xarici İşlər Nazirliyi ilə yanaşı, digər dövlət, hökumət qurumlarına göndərilib.
Bununla yanaşı Küveyt mətbuatında yayımlanması məqsədilə səfir Elxan Qəhrəmanın Xocalı soyqırımına həsr edilən ərəb dilində müsahibəsi bir sıra kütləvi informasiya vasitələrinə göndərilib.
Bundan əlavə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Əl-Küveyt şəhərində anım mərasimi keçirilib. Anım mərasimini giriş sözü ilə açaraq səfir Elxan Qəhrəman Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra çıxış edərək, son yüzilliklərdə, hətta sovet dönəmində belə dəfələrlə erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasətinin həyata keçirildiyini bildirib.
Türkiyənin Küveytdəki səfiri Murat Tamer çıxış edərək, Xocalıda erməni vandalları tərəfindən qətlə yetirilən vətəndaşlarımıza allahdan rəhmət diləyib, bu qətliamın XX əsrin ən qanlı hadisələrindən biri olduğunu vurğulayıb, Türkiyənin çətin günlərində Azərbaycanın ölkəsinin yanında olduğu kimi ölkəsinin və xalqının da daim Azərbaycanın çətin günlərində onun yanında olduğunu qeyd edib.
Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə tamaşa edib, “Xocalı Soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunub, həmçinin Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostendlə tanış olublar.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/xocali-soyqiriminin-ildonumu-ile-elaqedar-kuveytde-silsile-tedbirler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR