İmişlidə yol qəzası baş verib, xəsarət alan var

İmişlidə yol qəzası baş verib, xəsarət alan var
17:22 25 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 25 fevral. REPORT.AZ / İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı avtomobillə “Vaz-2107” markalı avtomobilin toqquşması nəticəsində Bakı sakini, 62 yaşlı sərnişin Vəli Allahverdi oğlu Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-yol-qezasi-bas-verib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR