“Qəbələ” Litva səfərində: iki oyunda 3 xal

“Qəbələ” Litva səfərində: iki oyunda 3 xal
17:37 25 Fevral 2017
153 İdman
Ölkə mətbuatı
A- A+

14 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan "Ateitis Cup 2017" turnirinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Litvada keçirilən yarışda "Qəbələ"nin U-14 komandası mübarizəyə qoşulub.

B qrupunda çıxış edən təmsilçimiz ilk oyun günündə 2 matça çıxıb. Öncə "Legion"a 0:4 hesabı ilə uduzan "qırmızı-qaralar" ardınca "Riqa" ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə əyalət klubuna 3 xal qazandırıb.
 
Qeyd edək ki, ilk oyun gününü 3 xalla başa vuran "Qəbələ" 5 komanda arasında 3-cüdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR