Ermənistan ordusuna ağır zərbə endirilib - SON MƏLUMAT

“Ermənistan ordusuna böyük zərbə vuruldu”.

Türkiyənin “Hürriyyet” qəzeti erməni hərbi birləşmələrinin təxribatı nəticəsində cəbhədə başlanan döyüşlər haqda yazıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edən qəzet Ermənistan ordusunun dünən gecə cəbhə xəttinin Xocavənd və Füzuli istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ağır silahlarla hücuma keçdiyini yazıb.

“Azərbaycan Ordusu isə hücuma qarşılıq verib. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu Ermənistan ordusuna ağır zərbə vurub”, - deyə qəzetin məlumatında bildirilir. //Publika.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR