Peru Konqresində Xocalı soyqırımı qurbanları anılıb - FOTO

Peru Konqresində Xocalı soyqırımı qurbanları anılıb - FOTO
18:47 25 Fevral 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Peru Respublikası Konqresində Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Peru Konqresinin Peru-Azərbaycan dostluq qrupu və Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin Perunun Lima şəhərindəki Ofisinin birgə təşəbbüsü ilə təşkil edilib.

Tədbirdə dostluq qrupunun üzvləri olan konqresmenlər, Türkiyənin Perudakı səfiri, Perunun ən nüfuzlu Universitetlərinin rəhbərləri, həmçinin Peru KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildiyindən sonra Konqresdə Azərbaycan-Peru dostluq qrupunun sədri Dalmiro Felisiano Palomino Ortiz çıxış etdi. O, uzun illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyi üçün təhdid yaratdığını qeyd etdi. O, Azərbaycan ərazisinin 20% Ermənistan tərəfindən işğal altında olduğunu və Azərbaycan xalqına qarşı yönəldilmiş etnik təmizləmənin nəticələri barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı. Xocalı faciəsi zamanı yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyini və bu qətliamı 20-ci əsrin ən dəhşətli faciələrdən biri olduğu nəzərə çatdırılmışdır. Bundan sonra Peru nümayəndəsi tədbir iştirakçılarına Xocalı qətliamı barədə məlumat vermişdir. Eyni zamanda o, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini vurğuladı.

D. Palomino Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pislədiyini vurğulayıb. Bununla belə Peru konqresmeni beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaq və Qafqaz regionunda sülh və əmin-amanlığı təmin etmək üçün zəruri addımlar atmağa çağırıb.

Daha sonra Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin Perunun Lima şəhərindəki Ofisinin nümayəndəsi Mehdi Məmmədov Erməinstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü, həmçinin ayrıca olaraq Xocalı qətliamı barədə ətraflı danışıb.

Azərbaycanlı diplomat qeyd edib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bildirib ki, dünya ictimaiyyəti get gedə Xocalıda baş vermiş dəhşətli faciə ilə bağlı həqiqətlərlə tanış olur, bunun nəticəsində bir sıra ölkə və beynəlxalq təşkilatlar bu soyqırımı tanıyıb. O, məmnunluq hissi ilə Perunun həmin dövlətlər sırasında olduğunu qeyd edib. Bu kontekstdə təmsilçimiz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" kampaniyasının uğurla fəaliyyət göstərdiyini və dünyanın bir çox dövlətlərində Xocalı faciəsi həqiqətləri ilə bağlı məlumat çatdığını qeyd edib.

Tədbir zamanı Xocalı soyqırımı haqqında ispan dilində sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, sözügedən tədbir Peru Konqresinin rəsmi internet səhifəsi həmçinin sosial şəbəkələrindəki səhifələrində işıqlandırılıb. Bundan əlavə Perunun televiziya kanallarından birində tədbir barədə qısa məlumat verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR