Almaniya kəşfiyyatı xarici jurnalistləri izləyibmiş

Almaniya kəşfiyyatı xarici jurnalistləri izləyibmiş
19:17 25 Fevral 2017
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

Almaniyanın xüsusi xidmət orqanları beynəlxalq KİV əməkdaşlarını onillərlə izləyib. Bu barədə Der Spiegel jurnalı yazıb.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Almaniyanın kəşfiyyat xidmətinin hədəfində Amerika və Britaniya media təmsilçiləri olub.

Der Spiegel iddia edir ki, kəşfiyyat orqanı 1999-cu ildən 50-yə yaxın telefon nömrəsini, elektron emaili və faksı izləyib.

Məlumatda deyilir ki, BBC-nin Əfqanıstan, The New York Times və Reuters-in Əfqanıstan, Pakistan və Nigeriyadakı əməkdaşları alman kəşfiyyatının müşahidə hədəfi olub.

Almaniya Federal Kəşfiyyat Xidməti bu məlumata şərh verməkdən imtina edib.

"Sərhədsiz Jurnalistlər Birliyi" alman kəşfiyyatının davranışını "azad sözə hücum" kimi qiymətləndirib. Birliyin fəalları digər jurnalist qurumları ilə birgə xüsusi xidmət orqanlarından şikayət etməyə hazırlaşırlar. BBC də bu xəbərlərdən narahatlığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR