Oscar mükafatına namizədi Amerikaya buraxılmadı

Oscar mükafatına namizədi Amerikaya buraxılmadı
19:32 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Oscar mükafatı namizədi olan 21 yaşlı kişinin ABŞ-a girişinə qadağa qoyulub.
Xalid Xatib britaniyalı "White Helmets" (Ağ Dəbilqələr) filminin böyük hissəsini özü çəkib.
40 dəqiqəlik sənədli film Suriya Vətəndaş Müdafiəsi, yəni dinc sakinləri qorumaq üçün riskə gedənlər haqqındadır.
Xalid Xatib özü də Ağ Dəbilqələr qrupunun üzvüdür və Suriyada üsyançıların idarə etdiyi ərazilərdə fəaliyyət göstərən təşkilatın işlərini lentə alıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, cənab Xatib 89-cu Oscar Mükafatları mərasiminə Türkiyədən getməli idi.
Amma təyyarəyə minməzdən öncə ABŞ rəsmiləri onun haqqında "alçaldıcı məlumat" tapdıqlarını deyiblər.
Bu rəsmi terminin mənası genişdir - terror əlaqələrindən tutmuş pasport nasazlığına qədər müxtəlif problemləri əhatə edir.
White Helmets (Ağ dəbilqələr)Fotonun müəllifiGETTY IMAGES
O, daha əvvəl CNN şəbəkəsinə demişdi: "Biz bu mükafatı qazansaq Suriya xalqı görəcək ki, bütün dünyada adamlar onları dəstəkləyir. Bu, hər səhər oyanıb bombalara doğru qaçan hər bir könüllüyə cəsarət verəcək".
"Mən ABŞ-a daxil ola bilməsəm ruhdan düşməyəcəyəm: biz bilirik ki, ABŞ-da dostlarımız, bizim humanitar dəyərlərimizi bölüşən adamlar çoxdur".
"Onların hər birilə görüşəcəyim günü səbrsizliklə gözləyirəm".
ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti məsələ ilə bağlı belə şərh verib: "Birləşmiş Ştatlara səfər etmək üçün etibarlı sənəd lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR