Kiyevin mərkəzində Xocalı soyqırımına dair banner yerləşdirilib - FOTO

Kiyevin mərkəzində Xocalı soyqırımına dair banner yerləşdirilib - FOTO
19:37 25 Fevral 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının birgə təşəbbüsü ilə fevralın 25-dən Kiyev şəhərinin mərkəzində - Müstəqillik Meydanında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar banner yerləşdirilib.

Bannerdə Azərbaycanın üçrəngli bayrağı fonunda "Ana harayı" heykəlinin eskizi yer alıb.

Belə bir aksiyanın həyata keçirilməsinin məqsədi Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR