Sevdadan Günaya: "Qalmaqalsız gündəmdə qalmaq çətindir"

Sevdadan Günaya: "Qalmaqalsız gündəmdə qalmaq çətindir"
19:47 25 Fevral 2017
505 Şou
Ölkə mətbuatı
A- A+

"Maraqlı fikirdir, özü-özünü tərifləməsən, heç kim tərifləməz. Amma hamı hər şeyi gözəl görür. Başqası səni tərifləyəndə, daha gözəl olur. Çıxım danışım ki, mən dağı-dağ üstünə qoyacam?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəzər maqazin"ə açıqlamasında deyib.

Sənətçi həmkarı Günay İbrahimlinin "Mənim rəqibim yoxdur, birinciyəm" sözlərinə münasibət bildirib:

"Çıxıb özümü tərifləməyin tərəfdarı olmamışam, xasiyyətimdə yoxdur. Tamaşaçı özü qiymət versin ki, bu yaxşıdır, yoxsa nağıl danışır. Çox şükür ki, mənim haqqımda işlərim danışıb. İşlə gündəmdə qalmaq çətin yoldur. Sevinirəm ki, 12 ildir ki, qalmaqalsız, şəxsi həyatımı gündəmə gətirmədən, ancaq işlərimlə gündəmdə qalmışam. Davakar insan deyiləm. İnsanın xasiyyəti necədirsə, işləri də elə olur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/521209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR