Hər gün yüzlərlə heyvanı ölümdən xilas edir - FOTO

Hər gün yüzlərlə heyvanı ölümdən xilas edir - FOTO
19:47 25 Fevral 2017
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Patrik Kilonzo Mvalua adlı şəxs hər gün yüzlərlə heyvanı ölməkdən xilas edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Kilonzo Şərqi Afrikanın Keniya Respublikasında yerləşən milli parka hər gün su daşıyır. Bir ildir ki, bu şəxs heyvanların susuzluqdan ölməsinin qarşısını alır.
 
Patrik hər gün bir neçə saatını bu işə sərf edir. Bunun üçün böyük avtomobil kirayə götürən Kilonzonu artıq bütün heyvanlar tanıyır. Bir müddət əvvəl internetdə Patrikə yardım kampaniyası başladılıb. Bu günə kimi 18 min dollar yığılıb. Patrik bu pulla daha bir su daşımaq üçün maşın alacaq.
 
Mvalua hər gün eyni zamanda məktəblərə gedir, uşaqlara heyvanları qorumaq üçün dərslər keçir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR