Əllər vasitəsilə xəstəliklərin təyin edildiyini bilirdinizmi?

Əllər vasitəsilə xəstəliklərin təyin edildiyini bilirdinizmi?
19:52 25 Fevral 2017
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Əllər vasitəsilə xəstəliklərin təyin edildiyini bilirdinizmi?
Əlin içinin rəngi.
Qırmızı rəng olması qaraciyərdə toksiki xəstəliklərinin (hepatit, hepatoz, piy distrofiyası) olmasını bildirir.
Ovucun içinin eyni hündürlükdə olmaması və bərk olması vegetativ sinir sistemində olan patologiyadan xəbər verir.
Əlin içinin rənginin sarı olması qaraciyər və öd kisəsində xəstəliklərin (xolangit, xolesistit, öd daşı xəstəliyi, hepatit) olmasını bildirir.
Uşaqların ovcunun içinin rəngi naringi rəngdə olarsa, bu həmin uşaqda qida allergiyası olmasının göstəricisidir.
Barmaqların ucunun tünd-qırmızı və ya göy olması böyrəklərdə, qaraciyərdə və qan-damar sistemində xəstəliklərin olmasını bildirir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, ovucun kölgəli hissəsində qəhvəyi rəngin olması bədəndə kistaların olması şübhəsi yaradır.
Əgər siz orta yaşdan yuxarı birisinizsə, dərinizdə melatoninin sintezi aşağı səviyyəyə düşmüşdür. Cavan adamlarda bu prosesin baş verməsi mədə-bağırsaq sistemi xəstəliklərinin və öd kisəsində durğunluğun olmasını bildirir.
Əllərdə kiçik dairəvi şişkinliklərin olması orqanizmdə A və D vitaminlərinin çatışmazlığının göstəricisidir.
Əlin temperaturasının tez-tez dəyişilməsi və ya əlin tərləməsi sinir sistemində gərginliklərin olmasını bildirir. Bu əlamət vegetativ sinir sistemi xəstəliklərinin əsas əlaməti (vegetativ əzələ distoniyası, hipotoniya) hesab edilir.
Soyuq barmaqlar və onların uc hissələrinin göyərməsi qan dövranında patologioyaların olmasından xəbər verir. Bu ən çox ürək çatışmazlığı xəstələrində və şəkərli diabet xəstələrində olur.
Əllərin soyuq olması orqanizmdə nikotin turşusunun (PP) çatışmazlığını bildirir.
Ovucun içərisinin quru olması ən çox ağciyər xəstələrində (obstruktiv bronxit, vərəm) müşahidə edilir. Bəzi hallarda isə ovucun içinin quru olması qalxanabənzər vəzin xəstəlikləri zamanı müşahidə edilir.
Ovucun içinin qaynar olması orqanizmin dərmanlarla, alkoholla və ya digər kimyəvi maddələrlə zəhərləndiyinin göstəricisidir

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR