Aşağı Güzdəkdə evləri su basdı - DAŞQIN

Aşağı Güzdəkdə evləri su basdı - DAŞQIN
20:28 25 Fevral 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq ərazidə suçəkmə işləri aparıblar. Əməliyyat saat 19:07-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR