Kino Xidməti İdarəsi Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Kino Xidməti İdarəsi Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib
21:22 25 Fevral 2017
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Rəşid Behbudov adına Mahnı Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
İdarədən “Report”a verilən məlumata görə, yerli icra hakimiyyəti nümayəndələri, görkəmli incəsənət xadimləri və ziyalıların iştirak etdiyi tədbirdə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kino Xidməti İdarəsinin hazırladığı Xocalı faciəsinə həsr olunmuş “92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub. Filmin ssenari müəllifi və rejissoru Gültəkin Nərimandır.
Tədbirdə Xocalı İcra Hakimiyyəti nümayəndəsi Nadir Rəşidov, Əməkdar incəsənət xadimi şeyx Əbdül Mahmudov, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, sənətşünaslıq doktoru Amaliya Pənahova, Xocalı döyüşçüsü Arif Məhərrəmov çıxış edərək Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisənin Azərbaycan tarixinə qanlı hərflərlə yazıldığını, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdiyi qeyd olunub.
İncəsənət ustalarının iştirak etdiyi tədbirdə bəstəkar- müğənni Elza Seyidcahanın "Şəhidədlər balladası"na hazırlanmış kompozisiyası Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının və Azərbaycan Dövlət Pantomim Teatrının akyorları tərəfindən ifa olunub. Azərbaycan Televiziya və Radiosunun Milli kamera ansamblının ifası və müğənnilərin Xocalı şəhidlərinə həsr olunmuş mahnılar tədbir iştirakçılarına təqdim olundu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktədin orkestrinin ifasında ilk dəfə olaraq "Qələbə" uvertyurası səslənib.










Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/kino-xidmeti-i-daresi-xocali-faciesinin-25-ci-ildonumune-hesr-olunmus-tedbir-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR