Kiyevdə “Rədd oL Qarabağdan” aksiyası keçirildi

Kiyevdə “Rədd oL Qarabağdan” aksiyası keçirildi
22:09 25 Fevral 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında  Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.

 

Etiraz aksiyasında Ukraynanın Xarkov, Dnepropetrovsk, Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan soydaşlarımızla yanaşı türk, İran, tatar və bir sıra xalqların diaspora nümayəndələri iştirak edib. Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. Aksiyada “Rədd ol Qarabağdan“, “Terrora son qoy“, “Qarabağ bizimdir, bizim olacaq“,  “Xocalı soyqırımına görə cavab verəcəksiniz” kimi şüarlar səsləndirilib. Ermənistan səfirliyinin qarşısına avtobusları toplamaqla aksiyanın keçirilməsinə maneçilik törətməyə cəhd göstərilsə də, soydaşlarımızın qətiyyəti nəticəsində düşmənin bu təxribatı baş tutmayıb.   

 

Ukrayna mətbuatının maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər birliyinin sədri İlhamə Allahverdiyeva, “İşıq” dini cəmiyyətin sədri Əbülfəz Qasımov və Xocalı sakini  Sadiq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarının gücünə söykənərək Azərbaycanda işğalçılıq və soyqırım siyasəti həyata keçirən erməni qəsbkarlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməyə səsləyiblər. Aksiyada xüsusi fəallıq göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları isə Ermənistan səfirliyinin qarşısında  üzərinə “Xocalı soyqırımına görə cavab verəcəksiniz” yazılmış şəffaf qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salaraq, oradan  havaya Xocalı şəhidlərinin sayı qədər qara şar buraxıblar.

 

Etiraz aksiyası cinayətkar Ermənistan  hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR