İlin ən pis filmi seçildi

İlin ən pis filmi seçildi
22:47 25 Fevral 2017
117 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən ilin ən pis filmi adına "Hillarinin Amerikası: Demokrat Partiyasının gizli tarixi" (Hillary's America: The Secret History of the Democratic Party) lenti layiq bilinib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, filmin yaradıcı heyətinə bu mükafat anti-"Oskar" sayılan "Qızıl moruq" ("Razzie Awards") mərasimində təqdim olunub.

Filmin rejissoru, lentdə kadrarxası mətni oxumuş Dineş Di Sauza "Ən pis aktyor", lentdə Hillari Klinton rolunu oynamış aktrisa Rebekka Terner isə "Ən pis aktrisa" nominasiyasında qalib sayılıblar.

Dineş Di Sauza və Bryus Skuli "Ən pis rejissor" nominasiyasında mükafata layiq biliniblər.

"Qızıl moruq"da mükafatların sayına görə "Hillarinin Amerikası" filmi ilə eyni yeri "Batman vs Superman: Dawn of Justice" lenti tutub.

Lentdə baş rolları oynamış Ben Afflek və Henri Kevill "Ən pis ssenari dueti" sayılıblar. Bu film "Ən pis rimeyk", "Ən pis ssenari" və "Ən pis arxa plan rolu" mükafatlarını da alıb.

"Qızıl moruq" mükafatı moruq formasında olan və qızılı aerozol boya ilə rənglənən heykəlcikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR