Gözlər Zakir Həsənovda - "Bizim bir şəhidimizə qarşı onların 10 hərbçisi məhv ediləcək"

Erməni təxribatlarının əvəzində Azərbaycan ordusunun onlara vurduğu zərbələr, "bizim bir şəhidimizə qarşı onların 10 hərbçisi məhv ediləcək", "düşmən əsgəri Azərbaycan torpağında özünü rahat hiss etməməlidir" prinsiplərinin tətbiqinin göstəricisidir.

"Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, onun texniki imkanlarının genişləndirilməsi ilə bağlı qarşıda icra edəcəyimiz tapşırıqlar var. Silahlı Qüvvələrimizin ən başlıca vəzifəsi xalqımız və dövlətimizin etimadını doğrultmaq, işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin etməkdir. Hər bir əsgər və zabit bu məqsədə çatmaq üçün düşmənə qarşı qisas hissi ilə yaşamalıdır".

Bu sözlərin müəllifi müdafiə nazirimiz Zakir Həsənovdur.

O Zakir Həsənov ki, nazir təyin edildikdən sonra Azərbaycan ordusu çox modernləşdi, müasirləşdi, daha da peşəkarlaşdı.

Onun aktivində "Aprel savaşı" kimi bir qalibiyyət, zəfər çələngi var.

Bu gün düşmən yenə baş qaldırıb, ciddi formada təxribatlara başlayıb.

Cənab general, daha qətiyyətli və əzmli son addımı gözləyirik.

Bitsin bu vəhşət, bitsin bu işğal.

Onsuz da bu torpağın hər qarşında şəhid qanı var, müqəddəs məkanlardır. Düşmən tapdağından azad edilməyin vaxtdır.

Rast ki, özləri başlayıb, özləri də yox olsunlar...

//Faktor.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR