Fiziki yük sınaqları ilə ürəyin müayinəsi

Fiziki yük sınaqları ilə ürəyin müayinəsi
23:52 25 Fevral 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu üsulun mahiyyəti fiziki yükü dozalarla (tədricən)artırmaqla eyni zamanda EKQ və arterial təzyiqin qeyd olunmasından ibarətdir. Milli.Az immunitet.az-a istinadən bildirir ki, fiziki yüklənmə zamanı ürəyin ritminin tezləşməsinə arterial təzyiqin yüksəlməsi nəticəsində miopkardın oksigenə olan təlabatı artır. Lakin damar daraldığına görə qan axınının artması mümkün olmur və nətisədə əvvəlcə EKQ-də dəyişikliklər,sonra isə ağrı tutması yaranır.
Yük sınağının aparılması üçün göstərişlər:
- döş qəfəsində ağrılar
- subyektiv xoşagəlməz ağrı yükləri
- fiziki yüklənməyə dözümün müəyyən edilməsi
- antianginal poreparatların seçiminin optimallaşdırılmasl
Yük sınağının aparılmasına əks göstərişlər:
- ürək çatışmazlığı
- tənəffüs çatışmazlığı
- miokard infarktının kəskin dövrü
- kəskin miokardit
- kəskin beyin-qan dövranı pozğunluğu
- qeyri-stabil stenokardiya
- aorta laylarının anevrizması
- emboliya
- kəskin infeksion xəstəliklər
- səbəbi məlum olmayan taxikardiya
- kəskin tromboflebit
- ağır ritm pozğunluqları və blokadalar
- sistolik arterial təzyiqin 200 mm civə sütunundan və diastolik təzyiqin 100 mm civə sütunundan yüksək olması
- ürək anevrizması
- nevroloji və psixi xəstəliklər
- oynaq-hərəkət aparatı xəstəlikləri
Ürəyin işemik xəstəlikləri zamanı yük sınağının qoyulmasının 2 məqsədi var:
1.Pasiyentin fiziki yükə dözümlülüyünü təyin etmək
2.İşemiyanın kliniki və elektrokardioqrafik əlamətlərini aşkar etmək
Fiziki işə dözümlülük əsasən pasiyentin yerinə yetirdiyi işin maksimal gücü ilə qiymətləndirilir. Bu zaman görülən işin tam həcmi,davam müddəti,ürək nahiyəsində ağrının və digər göstəricilər yoxlanılır. Fiziki yükə dözümlülüyün 3 səviyyəsi ayırd edilir:
* yüksək dözümlük - 150Vt və yuxarı
* orta dözümlük - 100 -150Vt-a qədər
* aşağı dözümlük - 25-75Vt-a qədər
Fiziki və fərdi dözümlük çoxsaylı amillərdən,o cümlədən,koronar ehtiyatın səviyyəsindən,miokardın yığılma qabiliyyətindən,şəxsin fiziki məşq qabiliyyətindən verilən yükə ürək-damar sisteminin fərdi reaksiyasından asılıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR