Hələb yaxınlığında 15 yaşayış məntəqəsi İŞİD-dən azad edilib

Hələb yaxınlığında 15 yaşayış məntəqəsi İŞİD-dən azad edilib
01:17 26 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 fevral. REPORT.AZ/ Suriya ordusu və könüllü dəstələr Hələbin şərqində 15 yaşayış məntəqəsini İŞİD terror qruplaşmasından azad ediblər.
“Report” xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri Komandanlığı nümayəndəsinin bəyanatına istinadən SANA-nın məlumatında bildirilir.
Qeyd olunur ki, həmçinin Cəbəl-Səlim strateji yüksəkliyi ələ keçirilib. Əməliyyat zamanı ümumilikdə 500 kv. km. ərazi terrorçulardan təmizlənib. Ordu düşməni təqib edərək onu ciddi itkilərə məruz qoyur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/heleb-yaxinliginda-15-yasayis-menteqesi-i-si-d-den-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR