Suriya hökuməti müxalifətə şərtlərini açıqladı

Suriya hökuməti müxalifətə şərtlərini açıqladı
02:39 26 Fevral 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

“Suriya danışıqlarında təmsil olunan müxalifət nümayəndələrinin hamısı Homs şəhərində polisə qarşı törədilən terror aktlarını pisləməlidir. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Suriya hökumətinin nümayəndə heyətinin rəhbəri, ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri  deyib.

 

B.Cəfəri qeyd edib ki,  birbaşa danışıqları yalnız birləşmiş, vahid fikirli müxalifətlə  aparmaq mümkündür.

 

Danışıqlarda iştirak edən hakimiyyət nümayəndəsi qeyd edib ki, həmin müxalifət xaricdən maliyyələşməməlidir, vətənpərvər olmalıdır.  

 

“Əgər kimsə bu teraktı pisləməkdən boyun qaçırarsa, deməli o terroru dəstəkləyir və biz ona qarşı lazımi ölçü qörəcəyik”. – deyə Cəfəri bildirib.

 

Qeyd edək ki, ötən gün iki terrorçu-kamikadze Xomsda hərbi müəssisələrin qarşısında özlərini partladıblar. Nəticədə ilkin məlumata görə, azı 15 nəfər ölüb.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR