Kim Çen Namın kimyəvi qazdan öldüyü təsdiq edilib

Kim Çen Namın kimyəvi qazdan öldüyü təsdiq edilib
04:47 26 Fevral 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 fevral. REPORT.AZ/ Malayziyanın Səhiyyə Nazirliyinin kimyaçı ekspertləri Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın cəsədinin yarılması zamanı həkimlərin onun təhlükəli VX kimyəvi qazından ölməsinə dair ehtimalını təsdiq ediblər.
“Report” xəbər verir ki, bu barədə Malayziyanın səhiyyə naziri Subramaniama Satxasivamayanın bəyanatına istinadən “Associated Press” məlumat yayıb.
Bundan əvvəl polis Kim Çen Namın gözündən götürülən nümunə əsasında müəyyən etmişdi ki, onun öldürülməsində kimyəvi silah olan “VX Nerve Agent” zəhərli maddəsindən istifadə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kim-cen-namin-vx-kimyevi-qazindan-olduyu-tesdiq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR