ABŞ prezidenti jurnalistlərlə ənənəvi şam yeməyindən imtina edib

ABŞ prezidenti jurnalistlərlə ənənəvi şam yeməyindən imtina edib
05:07 26 Fevral 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Ağ ev yanında Müxbirlər Assosiasiyasının (WHCA) ənənəvi illik şam yeməyini buraxacağını bəyan edib.
“Report” xəbər verir ki, o, bu barədə öz “Twitter” mikrobloqunda yazıb, lakin onun iştirakçılarına xoş axşamlar arzu edib.
"Mən WHCA-nın bu il keçiriləcək şam yeməyində iştirak etməyəcəyəm", - deyə o yazıb.
WHCA-nın, adətən ABŞ prezidenti də daxil olmaqla, jurnalistlər, məşhurlar və siyasətçilərin iştirak etdikləri illik şam yeməyinin aprelin 29-da Vaşinqtonda təşkil edilməsi planlaşdırılır.
Ağ Evin Müxbirlər Assosiasiyası 1914-cü ildə təsis edilmiş müstəqil jurnalistlər birliyidir.
Bundan əvvəl Assosiasiya ABŞ administrasiyasının mətbuat xidmətinin bir sıra KİV nümayəndələrinin qapalı brifinqə buraxılmamasına dair qərarını tənqid etmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidenti-jurnalistlerle-enenevi-sam-yemeyinden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR