Qatıqlı umac şorbası

Qatıqlı umac şorbası
07:05 26 Fevral 2017
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az qatıqlı umac şorbasının hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: "Çiçək" salatı - FOTO

Tərkibi: 

1 st. un 

1 yumurta 

8 st. su 

1 x.q. kərə yağı

3 diş sarımsaq 

1,5 st. qatıq

duz

üzərinə: 

1 x.q. kərə yağı 
pul bibər 
nanə 

Unu yumurta, 1 çay qaşığı duz və bir neçə xörək qaşığı isti su ilə ovun, düyü böyüklükdə umac hazırlayın. 

Bir qazanda su, kərə yağı, 1 ç.q. duz və doğranmış sarımsağı qaynadın. Taxta qaşıqla qarışdıraraq umacı əlavə edin. Xəmir yumşalanadək qarışdıraraq bişirin. 

Bir kasada qatığı çalıb ehtiyatla şorbaya əlavə edin, qaynara düşənədək qarışdırın. Sonra ocaqdan götürün.

Başqa tavada kərə yağını əridin, pul bibər və nanə qatın. Şorbanın üzərinə gəzdirin.

Süfrəyə isti-isti verin. Soyuqdəymə zamanı umac şorbasının əvəzi yoxdur.

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/521035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR