Monteneqro xəbər portalında Xocalı haqqında məqalə

Monteneqro xəbər portalında Xocalı haqqında məqalə
08:38 26 Fevral 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Monteneqronun böyük oxucu auditoriyasına malik olan cdm.me internet xəbər portalında yerli icmalçı Branka Peyoviçin “Nə üçün 26 fevral tarixi Azərbaycanda böyük önəm daşıyır - Xocalı şəhərində soyqırım törədildiyi gün” başlıqlı məqaləsi dərc edilib (https://cdm.me/svijet/bliski-istok/dan-kada-je-ucinjen-genocid-u-gradu-hodzali/).

Məqalədə Azərbaycan xalqının uzaq keçmişdə olduğu kimi, yaxın keçmişdə də müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılması uğrunda mübarizədə böyük əzablar yaşadığı qeyd edilib. “Bu soyqırım 25 və 26 fevral 1992-ci il tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədilib. Azərbaycan xalqı 26 fevral tarixini Xocalı soyqırımı və milli matəm günü olaraq qeyd edir. Sözügedən tarixdə Azərbaycan xalqına qarşı törədilmiş ən şiddətli cinayətlərdən biri baş verib”, - deyə B.Peyoviç yazır. İcmalçı məqaləsində erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının yalnız həmin şəhərin əhalisinə deyil, eləcə də insanlığa, bütün sivlizasiyalara və beynəlxalq sülhə qarşı yönəldiyini qeyd edib.

B.Peyoviç məqaləsində Azərbaycanın Cənubi Qafqazın ən zəngin ölkəsi olması faktının onu hər zaman müstəqillik uğrunda çətin mübarizələrlə qarşılaşdırdığını vurğulayıb. Eyni zamanda, məqalədə islam dünyasında ilk dəfə dünyəvi və demokratik dövlətin 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulması və iki il sonra xalqın müstəqillik əzminin yenidən boğulduğu qeyd edilib.

Qeyd edək ki, Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi və Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə fevralın 15-dən etibarən Monteneqronun Podqoritsa, Budva və Herseq Novi şəhərlərində Xocalı soyqırımını əks etdirən bilbordlar və panellər yerləşdirilib. Eyni zamanda Monteneqronun müxtəlif şəhərlərinin mərkəzi yerlərində əhaliyə Monteneqro dilində Xocalı soyqırımı haqqında xüsusi hazırlanmış məlumat vərəqələri paylanılıb. Sözügedən bilbord və panellər martın 1-dək saxlanılacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR