ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər

ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər
09:07 26 Fevral 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 fevral. REPORT.AZ/ Prezident Donald Trampın administrasiyası ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş və indiki rəsmi şəxsləri ilə əlaqədə olan mənbələrə istinadən “Politico” nəşri məlumat yayıb.
Yekun qərarın qəbul olunmasında dövlət katibi Reks Tillerson, ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli və prezidentin özünün iştirakı gözlənilir.
Tramp administrasiyasının Şuraya olan iradları arasında anti-İsrail siyasəti, ümumi təhlükəsizlik və üzvlərin şübhəli tərkibi (Məsələn, Çin və Səudiyyə Ərəbistanı) var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-bmt-nin-i-nsan-haqlari-surasindan-cixa-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR