ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxır - MARAQLI SƏBƏB

ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxır - MARAQLI SƏBƏB
09:12 26 Fevral 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Prezident Donald Trampın administrasiyası ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın keçmiş və indiki rəsmi şəxsləri ilə əlaqədə olan mənbələrə istinadən "Politico" nəşri məlumat yayıb.

Yekun qərarın qəbul olunmasında dövlət katibi Reks Tillerson, ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli və prezidentin özünün iştirakı gözlənilir.

Tramp administrasiyasının Şuraya olan iradları arasında antiisrail siyasəti, ümumi təhlükəsizlik və üzvlərin şübhəli tərkibi (məsələn, Çin və Səudiyyə Ərəbistanı) var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR