Trampdan daha bir qıcıqlandırıcı qərar

Trampdan daha bir qıcıqlandırıcı qərar
09:27 26 Fevral 2017
156 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Ağ ev yanında Müxbirlər Assosiasiyasının (WHCA) ənənəvi illik şam yeməyini buraxacağını bəyan edib.

Milli.Az report.az-a istinadən bildirir ki,o, bu barədə öz "Twitter" mikrobloqunda yazıb, lakin onun iştirakçılarına xoş axşamlar arzu edib.
"Mən WHCA-nın bu il keçiriləcək şam yeməyində iştirak etməyəcəyəm", - deyə o yazıb.
WHCA-nın adətən ABŞ prezidenti də daxil olmaqla, jurnalistlər, məşhurlar və siyasətçilərin iştirak etdikləri illik şam yeməyinin aprelin 29-da Vaşinqtonda təşkil edilməsi planlaşdırılır.
Ağ Evin Müxbirlər Assosiasiyası 1914-cü ildə təsis edilmiş müstəqil jurnalistlər birliyidir.
Bundan əvvəl Assosiasiya ABŞ administrasiyasının mətbuat xidmətinin bir sıra KİV nümayəndələrinin qapalı brifinqə buraxılmamasına dair qərarını tənqid etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR