"Beynəlxalq təşkilatların ikili standartları nəticəsində Xocalı faciəsini törədənlər cəzasız qalıblar"

"Beynəlxalq təşkilatların ikili standartları nəticəsində Xocalı faciəsini törədənlər cəzasız qalıblar"
09:37 26 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Xocalı soyqırımının törədilməsindən 25 il keçməsinə baxmayaraq, bəzi beynəlxalq təşkilatlar hələ də bu faciəyə ikili standartla yanaşırlar.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan dövləti və ictimaiyyəti bu faciənin dünyada tanınması üçün lazımi tədbirlər həyata keçirib: "Xarici İşlər Nazirliyi, Diaspora üzrə Dövlət Komitəsi bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün bütün tədbirləri həyata keçirirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası əksər ölkələrdə həyata keçirilib və bu faciə ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırıb. Biz hər zaman bu təbliğatı aparmalıyıq. Xocalı faciəsi ilə bağlı məlumatları bütün dünyaya çatdırmalıyıq. Bu faciə təkcə etnik təmizləmə deyil. Bu faciə nəticəsində ermənilər bir şəhəri yer üzündən sildilər, insanları amansızcasına qətlə yetirdilər".

R.Əliyev bildirib ki, 1993-cü ildən BMT-nin işğal altındakı ərazilərin işğaldan azad edilməsi barədə 4 qətnaməsi olsa da, bu günə qədər icra olunmayıb: "Bu gün Ermənistanda inkişafdan danışmaq olmaz, ölkə dağılmaqdadır. Hər il ölkəni 50-60 min insan tərk edir. Amma Ermənistanın havadarları olduğundan onlar hələ də işğal altındakı əraziləri boşaltmırlar. Ermənilərin bu hərəkətinə bəzi beynəlxalq təşkilatlar göz yumur, onlara qarşı təzyiqlər etmir. Hələ ki, həmin təşkilatlar ikili standartlar yeridir və nəticədə Xocalı faciəsini törədən sarkisyanlar, nalbandyanlar, ohanyanlar cəzasız qalıblar. Bax bu şəxslər həmin beynəlxalq təşkilatların yeritdiyi ikili siyasətə görə cəzalandırılmırlar. Amma inanıram ki, onlar öz layiqli cəzalarını alacaq və törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR