Təyyarədə sərnişini xilas edən nazirə mükafat verdilər

Təyyarədə sərnişini xilas edən nazirə mükafat verdilər
10:22 26 Fevral 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

2016-cı ilin sentyabr ayında Moskva - Nyu-York reysi ilə uçan təyyarədə səhhəti kəskin pisləşmiş qadın sərnişinə vaxtında şəxsən tibbi yardım göstərərək, onun həyatını xilas etmiş Rusiyanın səhiyyə naziri Veronika Skvortsova "Qalxan və qızılgül" mükafatı ilə təltif olunub.

Virtualaz.org Rusiya Səhiyyə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumata əsasən xəbər verir ki, illik ümumrusiya "Qalxan və qızılgül" mükafatı vəzifə borcunu yerinə yetirərkən yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmiş qadın dövlət qulluqçularına təqdim edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR