"Zlatan daha ağıllı olub"

"Zlatan daha ağıllı olub"
10:47 26 Fevral 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester United"in baş məşqçisi Joze Mourinyo 35 yaşlı Zlatan İbrahimoviçin yaxşı formada olduğunu diqqətə çatdırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki,portuqaliyalı mütəxəssis bunları deyib:

"İndi İbrahimoviç "İnter"də oynadığı vaxtlara nisbətən daha yaxşıdır. O, daha ağıllı, diqqətcil olub. Zlatan hücumları məntiqi sonluqla tamamlamaqla yanaşı, onların qurulmasında da vacib fiqurdur. İbrahimoviç əsl liderdir və gənc futbolçularla düzgün ünsiyyət qaydasını bilir. Məncə, 40 yaşına kimi oynaya biləcək. Məsələ yalnız fiziki hazırlıqda deyil, həm də psixoloji durumdadır. Zlatan karyerasını başa vurmaq qərarına gələndə futbol dünyası bunu qəbul etməli olacaq. O, bir dəfə hər şeyə nöqtə qoymaq qərarına gələcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR