Gürcü alim: “Bu tarixi bir faktdır ki, ermənilər hər zaman qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları ilə çıxış ediblər”

Gürcü alim: “Bu tarixi bir faktdır ki, ermənilər hər zaman qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları ilə çıxış ediblər”
11:22 26 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 26 fevral. REPORT.AZ/ “Ermənilərin başlatdığı Dağlıq Qarabağ münaqişəsi bədbəxtlik gətirdi, xalqlara pis günlərdən, nahaq qanlardan başqa heç nə vermədi. Bu tarixi bir faktdır ki, ermənilər hər zaman qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları ilə çıxış ediblər”.
Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Gürcüstanın Demoqrafik Cəmiyyətinin prezidenti, tarixçi alim, professor Anzor Totadze deyib.
Alim deyir ki, ermənilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın, eləcə də Gürcüstanda Samçxe-Cavaxetiyanın Ermənistana məxsus olduğunu iddia edirlər. Ermənistanda ərsəyə gələn kitablarda yazırlar ki, guya Samçxe-Cavaxetiya 1921-ci ildə Gürcüstana birləşdirilib. Bu qədər yalan və saxtakarlıq olmaz. Qonşulara qarşı bu qədər ədalətsizlik olmaz. Biz buna yox deməliyik, birlikdə bu cür halların qarşısını almalıyıq. Biz sübut etməliyik ki, ermənilər Cənubi Qafqaza köçürülüblər və onların bu iddiaları əsassızdır. Dağlıq Qarabağ Azərbaycanın Cavaxetiya Gürcüstanındır.
Alimin sözlərinə görə, bütün bunların qədim tarixi var. Amma 1990-ci illərdə Ermənistanda başlayan milliyyətçi çağırışlar və bu çağırışların miqyasının artması sonunda bizim xalqlarımız üçün çox ağır nəticələr verdi.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/gurcu-alim-bu-tarixi-bir-faktdir-ki-ermeniler-her-zaman-qonsu-dovletlere-qarsi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR