Honq Konqda təyyarə qəzaya uğrayıb

Honq Konqda təyyarə qəzaya uğrayıb
11:53 26 Fevral 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Honq Konqda yüngülmotorlu təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə polisin məlumatına istinadən "South China Morning Post" qəzeti xəbər verib.

İnsident yerli vaxtla 11:17-də sahil Manşan rayonunda baş verib. Məlumata görə, təyyarə qolf meydançası yaxınlığında ağacların üstünə düşüb.

Polisin verdiyi son məlumata görə, təyyarədə 2 nəfər olub və onlar xəsarət almayıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR