"Ranyeri çoxları tərəfindən hesabdan silinəndə mənə güvəndi"

"Ranyeri çoxları tərəfindən hesabdan silinəndə mənə güvəndi"
11:57 26 Fevral 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə mətbuatının yaydığı xəbərə görə Klaudio Ranyerinin "Leicester City"dən istefaya göndərilməsi Ceymi Vardi başda olmaqla, bir neçə futbolçunun təşəbbüsü olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis hücumçu buna İnstagram hesabından münasibət bildirib.

"Klaudio Ranyeriyə həmişə böyük hörmət bəsləyəcəm. Onunla nail olduğumuz nəticələr nağıl kimi idi. Ranyeri çoxları tərəfindən hesabdan silinəndə mənə güvəndi. Söz-söhbətlər gəzir ki, onun istefaya göndərilməsində mənim də iştirakım olub. Bu, tamamilə yalan və əsaslandırılmamış məlumatdır. Futbolçuların tək günahı zəif nəticələr idi. Vəziyyəti düzəltmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Klaudioya uğurlar arzulayıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR