İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi

Prezident İlham Əliyev bu gün Xocalı soyqırımı abidəsini ziyarət edib.

Metbuat.az xəbər verir ki, ölkə başçısı abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva abidənin önünə tər güllər qoyublar.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR