Azərbaycanlı jurnalist komaya düşdü: həkimlər qanaxmanı saxlaya bilmirlər

Azərbaycanlı jurnalist komaya düşdü: həkimlər qanaxmanı saxlaya bilmirlər
12:22 26 Fevral 2017
234 Ölkə
Ölkə mətbuatı
A- A+

Jurnalist Zabil Müqabil oğlunun səhhəti gecə saatlarında qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) gətirilib. Yaxınlarının verdiyi məlumata görə, onda kəskin daxili qanaxma başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, gecədən indiyədək həkimlər qanaxmanı saxlaya bilmirlər və Z.Müqabiloğlu hazırda ölümlə mübarizə aparır, durumu son dərəcə kritikdir.

Qeyd edək ki, Z.Müqabiloğlu sirrozdan əziyyət çəkir və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR