4 min insanı öldürüb bir çuxura atdılar

4 min insanı öldürüb bir çuxura atdılar
12:32 26 Fevral 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhəri yaxınlığında İŞİD terror qruplaşmasının qurbanlarının ən iri kütləvi məzarlığı aşkarlanıb. APA-nın "The Telegraph"a istinadən verdiyi xəbərə görə, dərinliyi 400 metr olan çuxur Xasfa rayonunda, Mosul-Bağdad yolunun kənarında yerləşir.   

Məlumata görə, İŞİD terrorçuları qətlə yetirdikləri şəxsləri həmin quyuya atırmışlar. Yerli sakinlərin sözlərinə görə, terrorçular 2014-cü ildə şəhəri ələ keçirdikdən sonra kütləvi şəkildə edam etdikləri polis və hərbçilərin cəsədlərini hər dəfə bu çuxura atırmışlar. Edam proseslərinin  əksər hallarda xəndəyin yanında icra olunduğu qeyd olunur.
 
Xəndəkdə, ilkin məlumata görə, 4 minədək cəsədin olduğu ehtimal edilir.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR