Zabil Müqabiloğlu yenidən xəstəxanaya yerləşdirildi

Zabil Müqabiloğlu yenidən xəstəxanaya yerləşdirildi
12:39 26 Fevral 2017
266 Digər
Ölkə mətbuatı
A- A+

Jurnalist Zabil Müqabil oğlunun səhhəti gecə saatlarında qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) gətirilib. Lent.az musavat.com-a istinadən xəbər verir ki, onda kəskin daxili qanaxma başlayıb.

 

Yaxınları deyib ki, gecədən indiyədək həkimlər qanaxmanı saxlaya bilmir və hazırda ölümlə mübarizə aparır, durumu son dərəcə kritikdir.

 

Qeyd edək ki, Z.Müqabil oğlu serrozdan əziyyət çəkir və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR