İraqın Mosul şəhəri yaxınlığında İŞİD terror qruplaşmasının qurbanlarının ən iri kütləvi məzarlığı aşkarlanıb.
APA-nın "The Telegraph"a istinadən verdiyi xəbərə görə, dərinliyi 400 metr olan çuxur Xasfa rayonunda, Mosul-Bağdad yolunun kənarında yerləşir.
Məlumata görə, İŞİD terrorçuları qətlə yetirdikləri şəxsləri
həmin quyuya atırmışlar. Yerli sakinlərin sözlərinə görə,
terrorçular 2014-cü ildə şəhəri ələ keçirdikdən sonra kütləvi
şəkildə edam etdikləri polis və hərbçilərin cəsədlərini hər dəfə bu
çuxura atırmışlar. Edam proseslərinin əksər hallarda xəndəyin
yanında icra olunduğu qeyd olunur.
Xəndəkdə, ilkin məlumata görə, 4 minədək cəsədin olduğu ehtimal
edilir.