İsveçdə qaçqınlar sığınacağında yanğın baş verib: xəsarət alanlar var

İsveçdə qaçqınlar sığınacağında yanğın baş verib: xəsarət alanlar var
13:12 26 Fevral 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 fevral. REPORT.AZ/ İsveçin qərbindəki Vennersberq şəhərində, qaçqınların məskunlaşdığı böyük sığınacaqda yanğın baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Xəbərdə bildirilir ki, yanğın üçüncü mərtəbədə başlayıb. Hadisə zamanı iki nəfər tüstüdən boğulmamaq üçün pəncərədən tullanıb. Nəticədə onların hər ikisi xəsarət alıb.
Polisin məlumatına görə, daha 10-20 nəfər tüstüdən zərər çəkib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbləri barədə dəqiq məlumatlı deyil.
Yanğının qarşısı alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-svecde-qacqinlar-siginacaginda-yangin-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR