"Atalanta" Neapol klubuna 19 il öncəni xatırlatdı

"Atalanta" Neapol klubuna 19 il öncəni xatırlatdı
13:42 26 Fevral 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasının 26-cı turunda "Napoli"nin qonağı olan "Atalanta" gözlənilmədən 2:0 hesablı qələbə qazanaraq azarkeşlərini sevindirib. Hər iki qolun müəllifi 22 yaşlı müdafiəçi Matti Kaldra olub. Bu qollardan birini Berqamo təmsilçisi azlıqda oynayarkən vurub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Atalanta" 19 illik fasilədən sonra "Napoli"ni bir mövsümdə səfər və evdə məğlub edib. Sonuncu dəfə bu nəticə 1997/98 mövsümündə qeydə alınmışdı. Qeyd edək ki, birinci dövrədə keçirilən oyunda (7-ci tur) Andrea Petanyanın penaltidən vurduğu qol Neapol klubunu xalsız qoymuşdu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR