Bakıda şirkət insanların qəsdinə durub: göydən dəmir şiferlər "yağır" - VİDEO

Bakıda şirkət insanların qəsdinə durub: göydən dəmir şiferlər "yağır" - VİDEO
13:52 26 Fevral 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır. 

Milli.Az bildirir ki, baku.ws-in redaksiyasına göndərilən videodan görünür ki, hündürmərtəbəli binada mansarda tikilir. Ancaq tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. "Şazi MMC" tərəfindən aparılan tikinti işləri zamanı binanın damından düşən şifer parçaları aşağı düşür. Binanın həyətində maşınların saxlanıldığı və insanların hərəkət etdiyini nəzərə alsaq, insanların ölümlə üz-üzə olduqlarını söhləmək olar. Sakinlərin baku.ws-ə verdikləri məlumata görə, onlar tikinti işlərinin aparılmasından narazıdırlar. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl də həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini, ancaq buna görə ona təzminat ödənmədiyini bildirib. 
 
Maraqlıdır, görəsən, tikinti aparan şirkət niyə elementar təhlükəsizlik qaydalarına əməl etməyərək insanlarımızın həyatını təhlükəyə atır? Əgər binanın damından düşən şifer və taxta parçaları maşınları əzərək insanlara xəsarət yetirsə, məsuliyyət kimin üzərində olacaq? Yasamal Rayon İcra Hakimiyyəti tikintiyə nəzarət edərək tədbir görsə, işin xeyrinə olar.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR