Xocalı həqiqətləri Bolqarıstan radiosunda - İen Pertin dilindən

Xocalı həqiqətləri Bolqarıstan radiosunda - İen Pertin dilindən
14:05 26 Fevral 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

"Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" ("Khojaly Witness of a war crime - Armenia in the Dock") kitabının həmmüəllifi İen Pert (Ian Peart) Bolqarıstanın "Fokus" radiosuna (Focus Radio) müsahibə verib. 

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, müsahibə zamanı Ermənistan dövlətinin yarandığı bir gündən öz ərazilərini genişləndirmək üçün bütün vasitələrə əl atdığını ifadə edən həmmüəllif bu təşəbbüslərin hələ sovet hakimiyyəti illərində Ermənistan SSR tərəfindən Azərbaycan SSR-ə qarşı edildiyini bildirib. O, SSRİ-nin dağılmasından sonra Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınmış Dağlıq Qarabağa qarşı iddialar irəli sürdüyünü, erməni silahlı qüvvələrinin isə Azərbaycan ərazilərini işğal etdiyini deyib. Həmmüəllif məhz bu işğal çərçivəsində Xocalı şəhərinin bütün kommunikasiya imkanlarının məhdudlaşdırıldığını və qadın, uşaq və ahıllar daxil olmaqla, 613 nəfərin acımasızca qətlə yetirildiyi, minlərlə insanın əsir götürüldüyü və bir çoxunun taleyinin naməlum qaldığı diqqətə çatdırıb. 
 
Müsahibə zamanı münaqişənin tarixinə və cari nəticələrinə də toxunub. O, 1993-cü ildə Ermənistanın Azərbaycanın yeddi rayonunu işğal edərək torpaqlarını genişləndirdiyini, beynəlxalq ictimaiyyətin isə tərəflər arasında vasitəçilik missiyasının yerinə yetirilməsi üçün ən böyük erməni diaspor təşkilatlarının mövcud olduğu ABŞ, Rusiya və Fransa dövlətlərinin təmsil olunduqları ATƏT-in Minsk Qrupunu yaratdığını söyləyib. Daha sonra 23 üç ildir ki, görüş və müzakirələrin aparıldığını xatırladan həmmüəllif buna baxmayaraq, vəziyyətin yenə də qeyr-müəyyən qaldığını, hətta işğala məruz qalandan güzəştlər istənildiyini vurğulayıb.
 
Müsahibənin sonunda İ.Pert Xocalı şəhərinin sakinlərinin hekayələri ilə başlayan "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" adlı kitabın insanlığa və Cənubi Qafqazda baş verən hadisələrə düzgün mövqe nümayiş etdirilməsində oxuculara və rəhbərlərə kömək edəcəyinə ümid etdiyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR