"Bu heç birimizə xoş olan bir gün deyil" - Qurban Qurbanov

"Bu heç birimizə xoş olan bir gün deyil" -   Qurban Qurbanov
14:17 26 Fevral 2017
136 İdman
Ölkə mətbuatı
A- A+

Xocalı faciəsinin ildönümü ilə bağlı olaraq "Qarabağ" bu gün Şəhidlər Xiyabanına yürüş edərək şəhidlərimizi yad edib. Fanat.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov faciə haqda fikirlərini bildirib:

"Əlbəttə ki, bu gün heç birimizə xoş olan bir gün deyil. Bu qədər həmyerlimiz, analarımız, bacılarımız, belə deyək, bizim xoşbəxt olmağımız üçün öz canlarından keçiblər. Bu gün bizim üçün həqiqətən də ağırdı. Biz ancaq dualarımızla dünyasını dəyişən insanlara kömək edə bilərik. Bu gün komandamızla, azarkeşlərimizlə birlikdə öz şəhidlərimizi yad etməyə gəlmişik. Allah rəhmət eləsin, dünyasını dəyişənlərin yaxınlarına səbr versin".

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-hec-birimiz-xo-olan-bir-gun-deyilquot-t56546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR