Yol qəzası 16 can aldı

Yol qəzası 16 can aldı
15:08 26 Fevral 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib.

Publika.az report.az-a istinadən bildirir ki, bu barədə "Hindustan Times" nəşri xəbər verib.
Məlumatda bildirilir ki, insanları daşıyan yük avtomobili Meqhalaya ştatında aşıb. Nəticədə 16 nəfər ölüb, təxminən 50 nəfər xəsarət alıb.
Hadisə Nonsprunq yaşayış məntəqəsi ərazisində, Kxasi dağlarının qərb hissəsində baş verib. Sərnişinləri daşıyan yük avtomobili məbəd istiqamətində hərəkət edirmiş.
Hadisənin sürücünün idarəetməni itirməsi və ehtiyatsızlığı səbəbindən baş verdiyi bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR