"Xocalı soyqırımından 25 il ötməsinə baxmayaraq faciəyə beynəlxalq hüquqi qiymət verilməyib"

"Xocalı soyqırımından 25 il ötməsinə baxmayaraq faciəyə beynəlxalq hüquqi qiymət verilməyib"
15:22 26 Fevral 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

"Xocalı soyqırımından 25 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatlar hələ də bu faciəyə siyasi-hüquqi qiymət verməyib".

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bir çox ölkələr və beynəlxalq təşkilatlar bu faciə ilə bağlı qərar və qətnamələr qəbul edib: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası böyük rezonans doğurub. Amma təəssüf ki, bəzi dövlətlər hələ də bu məsələdə susmağa davam edir. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu faciəyə lazımi hüquqi qiymət verilməyib. Bu istiqamətdə tədbirlər daha da gücləndirilməlidir, ermənilərin törətdiyi bu faciənin dünyaya çatdırılması istiqamətində tədbirlər davam etdirilməlidir".

E.Nəsirov birldirib ki, Azərbaycan bütün diplomatik imkanlardan istifadə etməklə dünya ictimaiyyətinin Xocalı faciəsini soyqırım kimi qiymətləndirilməsinə nail olmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR