"Barselona"nın baş məşqçisi o olacaq

"Barselona"nın baş məşqçisi o olacaq
15:47 26 Fevral 2017
209 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın yeni baş məşqçisi Loran Blan ola bilər. Fanat.Az xəbər verir ki, bu xəbəri "SFR Report" yayıb.

İddia edilir ki, Çempionlar Liqasında PSJ-yə 0:4 hesabı ilə yenilən, La Liqada "Real"dan geri düşən "Barselona" rəhbərliyinin baş məşqçi postuna əsas namizədi fransız mütəxəssisdi. Hətta klub rəsmilərinin artıq Blanla danışıqlara başladığı deyilir.

Qeyd edək ki, Loran Blan 1996/97 mövsümündə futbolçu kimi "Barselona"da çıxış edib. 51 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Bordo", PSJ klublarına və Fransa millisinə başçılıq edib. O, baş məşqçi olaraq 4 dəfə Fransa çempionluğunu, 2 dəfə kubokunu, 3 dəfə Liqa Kubokunu, 5 dəfə ölkə Super Kubokunu qazanıb, 2008 və 2015-ci illərdə Liqa 1-in, 2009-cu ildə Fransanın ən yaxşı məşqçisi olub.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotnn-ba-mqcisi-o-olacaq-t56548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR