“Ancaq dualarımızla kömək edə bilərik” – Qurban Qurbanov

“Ancaq dualarımızla kömək edə bilərik” – Qurban Qurbanov
16:24 26 Fevral 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

“Əlbəttə ki, bu gün heç birimizə xoş olan bir gün deyil. Bu qədər həmyerlimiz, analarımız, bacılarımız, belə deyək, bizim xoşbəxt olmağımız üçün öz canlarından keçiblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Xocalı faciəsinin qurbanlarını yad etmək üçün Şəhidlər Xiyabanına yürüş edən “Qarabağ” Futbol Klubunun rəhbərliyi digər şəhidlərin də məzarlarını ziyarət ediblər.

 

Daha sonra açıqlama verən Qurbanov fikirlərini qısa ifadə edib: “Bu gün bizim üçün həqiqətən də ağırdı. Biz ancaq dualarımızla dünyasını dəyişən insanlara kömək edə bilərik. Bu gün komandamızla, azarkeşlərimizlə birlikdə öz şəhidlərimizi yad etməyə gəlmişik. Allah rəhmət eləsin, dünyasını dəyişənlərin yaxınlarına səbr versin".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR