"Çelsi" "Real"ın ulduzuna "qarmaq atdı"

"Çelsi" "Real"ın ulduzuna "qarmaq atdı"
16:27 26 Fevral 2017
135 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın futbolçusu Kasemiro "Çelsi"nin maraq dairəsindədi. Fanat.Az xəbər verir ki, bu barədə "DiarioGol" məlumat yayıb.

Sayt iddia edir ki, braziliyalı yarımmüdafiəçi "Real"dan maaşının artırılmasını istəyib. Lakin klub rəhbərliyi onun istəyinə müsbət cavab verməyib. Bu səbəbdən futbolçunun klubu tərk edə biləcəyi deyilir. Kasemironun həmçinin "Mançester Yunayted"in də maraq dairəsində olduğu deyilir.

Qeyd edək ki, "Real" Kasemironu 2013-cü ildə Braziliyanın "San-Paulo" klubundan 6 milyon avroya alıb. Hazırda "Transfermarkt" 25 yaşlı futbolçuya 25 milyon avro qiymət qoyub.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotcelsiquot-quotrealquotn-ulduzuna-quotqarmaq-atdquot-t56549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR