Belçikada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO

Belçikada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO
16:42 26 Fevral 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

26 fevral 2017-ci il tarixində Belçikada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsinin önündə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilux ofisinin və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri səfir Xəzər İbrahim Xocalı soyqırımının Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliam olduğunu diqqətə çatdırıb, 26 fevral gününün Azərbaycan tarixinə ən unudulmaz və ən ağrılı hadisələrindən biri kimi həkk olunduğunu vurğulayıb və 25 il öncə şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib.

Sonda mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləmiş, abidənin önünə əklil və gül dəstələri qoyublar.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR